Səfirlikdən həbs edilmiş İran vətəndaşı ilə bağlı açıqlama

Səfirlikdən həbs edilmiş İran vətəndaşı ilə bağlı açıqlama
  21 Noyabr 2013    Oxunub:1093
İran islam Respublikasının konsulu Bakıda həbs edilmiş İran vətəndaşı ilə görüşdükdən sonra onun ümumi vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Bu barədə AzVision.az İran səfirliyinin rəsmi saytına istinadən xəbər verir. Məlumata əsasən İran səfirliyinin davamlı səylərindən sonra noyabr ayının 20-də Azərbaycan tərəfi konsulun Həsən Fərəci ilə görüşünə icazə verib. İran vətəndaşı konsul ilə görüşündə İran İslam Respublikasının öz vətəndaşlarına qarşı diqqətli olduğuna görə təşəkkür edib və bildirib ki, onun vəziyyətinin normal olduğunu ailəsinə çatdırsın. Ona qarşı irəli sürülən ittihamları rədd edərək deyib: İstintaq mərhələsi sona çatıb və ümid edirəm ki, mənim günahsız olduğum sübut olunar.
İranın Azərbaycandakı konsulu da Həsən Fərəcinin vəziyyətinin normal olduğunu bildirərək elan edib ki, onun azad olunması üçün fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi iki həftə əvvəl mətbuat vasitəsilə bu İran vətəndaşının həbs edilməsindən xəbər tutmuş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə nota göndərərək İran konsulunun onunla görüşməsi üçün lazımi icazənin verilməsini istəyib. Aparılmış səylər nəticəsində bu görüş iki həftədən sonra mümkün olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti