Rasim Ocaqovun barelyefinin açılışı olub

Rasim Ocaqovun barelyefinin açılışı olub
  22 Noyabr 2013    Oxunub:960
Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılış mərasimi keçirilib.

Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.

Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev R.Ocaqovun Azərbaycan kinematoqrafiyasına əvəzsiz töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün R.Ocaqovun ad günüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti