Məmmədyarov sabah Nalbandyanla görüşəcək

Məmmədyarov sabah Nalbandyanla görüşəcək
  04 Dekabr 2013    Oxunub:1016
Edvard Nalbandyan: "Danışıqlarda mümkün olduğu qədər irəliləyişə nail olmaq istəyirik"

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-də Kiyevdə keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan görüşəcək . AzVision.az armenianow saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Səfər öncəsi Yerevanda keçirdiyi mətbuat konfransında Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin 19 noyabr yana görüşünün konstruktiv keçdiyini və bu görüş zamanı prezidentlərin xarici işlər nazirlərinə danışıqları davam etdirmək üçün “yaranmış imkandan istifadə etmək” barədə tapşırıq aldıqlarını bildirib.

“Danışıqlarda mümkün olduğu qədər irəliləyişə nail olmağa çalışacağıq. Əlbəttə ki, münaqişənin həllinə hər iki tərəfin hazır olması çox vacibdir. Bununla yanaşı , tərəflərin münaqişənin həllinə real yanaşması da vacib olan amillərdəndir. “-deyə Nalbandyan qeyd edib.

Qeyd edək ki, Nalbandyan Kiyevə dekabrın 4-də yola düşəcək. Ermənistan rəsmisinin səfəri dekabrın 6-da yekunlaşacaq.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti