Azərbaycan Ordusunda daha bir itki
Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Orxan Şirazi oğlu Alıyev səhər yuxudan ayılmayıb. İlkin məlumata görə, əsgər ürək çatışmazlığından ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, O. Alıyev Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.