Tramp Suriyada 800 hərbçi saxlayacaq
Məlumata görə, Amerika lideri noyabrın 1-də Pentaqonun nümayəndələri ilə görüşüb. Bundan sonra o, ABŞ hərbçilərinin qoruyacağı Suriyanın şərqindəki zonanı genişləndirməyi nəzərdə tutan planı təsdiqləyib.
Söhbət Deyr əz-Zor və Hasek şəhərləri arasındakı kürd yaraqlıları tərəfindən nəzarət edilən ərazinin əhəmiyyətli bir hissəsindən gedir. Bu zonanın ümumi sahəsi hələlik tam olaraq müəyyənləşdirilməyib.
Bundan əlavə, Pentaqon ABŞ hərbi kontingentinin Suriyada nə qədər qalacağını açıqlamayıb.
Agentlik qeyd edir ki, ABŞ bu ərazidə öz kontingentinin olmasını İŞİD terror qruplaşmasının yaraqlılarından neft yataqlarının qorunmasının vacibliyi ilə izah edir.
Pərvanə Sultanova
Azvision.az