Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
  23 Dekabr 2019    Oxunub:1897
Ötən gün Xorvatiyada keçirilən prezident seçkilərinin ilk turunda müxalif Sosial Demokrat Partiyasının rəhbəri və keçmiş Baş Nazir Zoran Milanoviç qalib gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyası səslərin 99%-nin sayılmasından sonra məlumat yayıb.

“Milanoviç 29.5% səs toplayaraq 26,7% səs almış hazırkı mərkəz sağçı Prezident Kolinda Qrabar-Gitaroviçi qabaqlayıb. Müstəqil namizəd Miroslav Şkoro 24.4% səslə üçüncü yeri tutub. Beləliklə, Milanoviç və Gitaroviç 5 yanvar 2020-ci ildə keçiriləcək prezident seçkilərinin ikinci turunda iştirak edəcəklər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, prezident seçkilərinin ilk turu 22 dekabrda keçirilib. Dövlət başçısı vəzifəsi uğrunda 11 namizəd mübarizə aparıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xorvatiya   Seçki  





Xəbər lenti