Bu həftə Gəncədə ASAN Xidmət açılacaq

Bu həftə Gəncədə ASAN Xidmət açılacaq
  19 Dekabr 2013    Oxunub:1096
Dekabrın 21-də Gəncədə ASAN Xidmətin açılış mərasimi olacaq.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. Onun sözlərinə görə, ASAN xidmət yeni mərkəzlərinin açılması işlərini davam etdirir.

“Dekabrın 21-də Gəncədə ASAN Xİdmət Mərkəzinin açılışı olacaq. Mərkəz Gəncə və Azərbaycanın digər 10 rayonunda yaşayan vətəndaşlara xidmət göstərəcək”-deyə, İ.Kərimov əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti