Miqrantlarla pis münasibət İtaliyaya baha başa gələcək - VİDEO

Miqrantlarla pis münasibət  İtaliyaya baha başa gələcək - VİDEO
  20 Dekabr 2013    Oxunub:968
Avropa Komissiyası İtaliyanın Lampeduza adasında miqrantların vəziyyətindən hiddətləndiyini bildirib.
AzVision.az xəbər verir ki, Avropa Komissiyası İtaliyanın hakimiyyət orqanlarına müraciət edərək, onları Lampeduza adasında immiqrantların saxlanılması şəraitini yoxlamağa çağırıb. Komissiya bu bəyanatı miqrasiya mərkəzindən həvəskar videoyazını İtaliya telekanallarından biri yayımladıqdan sonra verib.

Videoçarx istər hüquq müdafiəçilərinin, istərsə də rəsmi Romanın hiddətini doğurub. Aİ-nin daxili işlər məsələləri üzrə komissarı Sesiliya Malmstrem qeyd edib ki, “Lampeduzada çəkilən videoyazı dəhşətli və yolverilməzdir”.

Videonu suriyalı qaçqınlardan biri mobil telefonunun kamerasına çəkib. Kadrlarda görünür ki, qadınları və kişiləri neçə qovub küçəyə çıxarır, paltarlarını soyunmağa məcbur edir, sonra şlanqı onlara tuşlayıb çimizdirir və bu yolla onları miqrasiya mərkəzində tüğyan edən qotur xəstəliyindən müalicə edirlər.

Video müəllifinin sözlərinə görə, bu prosedur hər üç gündən bir təkrar olunur. S.Malmstrem deyib ki, “Biz artıq bir çox miqrasiya mərkəzlərində, o cümlədən Lampeduzada dözülməz saxlama şəraitinin araşdırılmasına başlamışıq. Biz Avropa İttifaqı qanunvericiliyinin pozulması hallarını üzə çıxarmaq üçün tərəddüd etməyəcəyik. Əmin olmalıyıq ki, Avropa İttifaqının standart və öhdəliklərinə lazımi səviyyədə riayət olunur”.

Bundan əlavə o bildirib ki, Aİ miqrantların qəbul edilməsində İtaliyaya hərtərəfli kömək göstərməlidir.

Lampeduza adası Aİ-nin cənub sərhədində yerləşdiyinə görə Afrika və Yaxın Şərq ölkələrindən Avropaya gəlməyə can atan qaçqınları qəbul edən ilk məntəqədir.

“Euronews” isə xəbər verir ki, baş verən hadisələr İtaliyəyə Aİ tərəfindən nəzərdə tutlan maddi yardımı gecikdirə bilər.




Teqlər:





Xəbər lenti