6 mindən çox insan qızılcadan ölüb

6 mindən çox insan qızılcadan ölüb
  08 Yanvar 2020    Oxunub:2410
Konqo Demokratik Respublikasında qızılca xəstəliyindən ölənlərin sayı 6 min nəfəri ötüb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, 2019-cu ildə Konqonun 26 əyalətində qızılca epidemiyası nəticəsində 5000 sakin ölüb. Ölənlərin əksəriyyəti azyaşlıdır. Belə ki, təkcə ötən il bir milyondan çox 5 yaşından 18 yaşına qədər uşaq bu xəstəliyə yoluxub.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Konqo   Qızılca  





Xəbər lenti