Putin və Makron Fələstinə gedir
"Biz hər iki prezidenti - Putin və Makronu 22- 23 yanvar tarixlərində qəbul edəcəyik. Bu, çox vacibdir"- deyən nazir Fələstin lideri Mahmud Abbasın rusiyalı həmkarı ilə Yaxın Şərq problemlərini müzakirə etməyi planlaşdırdığını söyləyib.
"İkitərəfli məsələlər, Fələstin-İsrail nizamlanmasına dair ətraflı müzakirələr olacaq. Eyni zamanda Suriya və Liviyadakı vəziyyətə də toxunulacaq”, - deyə əl-Maliki vurğulayıb.
Onun sözlərinə görə, Prezident Putin Viflemdə olacaq və orada Rusiyanın töhfəsi ilə yenilənmiş küçənin açılışında iştirak edəcək.
Pərvanə Sultanova
Azvision.az