Haftar Berlin konfransında iştirak edəcək
Yanvarın 19-da Berlində Rusiya, ABŞ, Türkiyə, Misir, Avropa İttifaqı, BMT və digər ölkələrin nümayəndələrinin iştirakı ilə konfrans keçiriləcək. Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarrac və marşal Xəlifə Haftar da tədbirə dəvət olunublar. Sarrac tədbirdə iştirakını təsdiqləyib.
"Xəlifə Haftar Berlindəki konfransda iştirak edəcək. O, bunu Almaniyanın xarici işlər naziri ilə telefon danışığında söyləyib", - deyə kanal bəyan edib.
Berlin konfransı Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Moskvada Liviya mövzusunda keçirilən danışıqlardan sonra baş tutacaq.
Xatırladaq ki, Haftar Moskvanı Sarrac hökuməti ilə atəşkəs razılaşması imzalamadan tərk edib. Bunu bəzi şərtlərinin qəbul edilməməsi ilə əlaqələndirib.
Pərvanə Sultanova
Azvision.az