Çin əhalisinin sayı 1,4 milyarda çatıb
Ötən il ölkədə 14,65 milyon yeni doğulan uşaq qeydə alınıb ki, bu da hər min nəfərə 10,48 yeni doğulan deməkdir. 2019-cu ildə Çində ölənlərin sayı isə 9,98 milyon nəfərtəşkil edib. Əhalinin təbii artımı isə hər min nəfərə 3,34 təşkil edib.
Çin əhalisinin 715,27 milyonunu kişilər, 684,78 milyonunu qadınlar təşkil edir. Əhalinin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.
Pərvanə Sultanova
Azvision.az