Sürücülərə xəbərdarlıq - Azneftdə hərəkət bərpa edilib

Sürücülərə xəbərdarlıq - Azneftdə hərəkət bərpa edilib
  24 Dekabr 2013    Oxunub:1105
Azneft dairəsində nəzərdə tutulan rəngləmə işləri təxirə salınıb.
“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə bu axşam saat 22:00-da Azneft dairəsində nəzərdə tutulan rəngləmə işləri təxirə salınıb.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirmişdilər ki, bu gün saat 22:00-dan səhər saat 04:00-a qədər Azneft dairəsi, Niyazi küçəsi və Neftçilər prospektində aparılacaq rəngləmə işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti nisbətən məhdudlaşdırılacaq.


Teqlər:  



Xəbər lenti