Nazirdən prezidentə ad günü təbriki

Nazirdən prezidentə ad günü təbriki
  24 Dekabr 2013    Oxunub:11015
“Ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə rabitəçilərin təbriklərini qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm”
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Sizi ad gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə rabitə və informasiya texnologiyaları sahəsi işçiləri adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Ulu öndərimiz Heydər Əliyevin bəşəri ideyalarının çiçəklənməsi naminə həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz nəticəsində ölkəmiz davamlı tərəqqi və yüksəliş mərhələsinə qədəm qoymuş, dinamik inkişaf, iqtisadi-siyasi modernləşmə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb.

Ölkəmizin son 10 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələr və möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik, eyni zamanda dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirib.

Sizin rəhbərliyinizlə Azərbaycanın son illərdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizlə yanaşı, ümu¬mən bölgənin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Mötəbər tədbirlərdə bu layihələrə istinad ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunu şərtləndirən amillərdəndir. Azərbaycanın müasir, güclü, qüdrətli ölkəyə çevrilməsi istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən işlərin müsbət nəticələri bütün sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində də hər an özünü büruzə verir.

Sizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğı, qəbul etdiyiniz qərarlar və 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması sektorun uğurlarını daha da artırıb. Sizin ölkəmizdə keçirilən “Bakutel” sərgi-konfransında mütəmadi iştirakınız, dünyamiqyaslı şirkətlərin Azərbaycana gəlməsi sektorun inkişafına dəyərli töhfədir. Bu gün Azərbaycanda milli informasiya resurslarının həcmi sürətlə artır, ölkəmizin kosmik sənayesi inkişaf etdirilir, Sizin təşəbbüsünüzlə irəli sürülən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT-nin ən üst qurumları tərəfindən yekdilliklə dəstəklənir, nüfuzlu beynəlxalq qurum və təşkilatların reytinq cədvəllərində Azərbaycan İKT sahəsində bir çox göstəricilərinə görə liderlər sırasındadır. Əldə olunan bütün nailiyyətlərə görə Sizə dərin ehtiram və minnətdarlığımızı bildiririk.

MÖHTƏRƏM CƏNAB PREZİDENT!

Sizi əmin edirik ki, Azərbaycan dövlətinin hərtərəfli inkişafı, vətəndaşlarımızın fi¬ra¬van həyatı və ölkəmizin dünya birliyində layiqli yer tutması üçün Zati-aliniz tərəfindən həyata keçirilən məqsədyönlü işlər naminə rabitə və informasiya texnologiyaları sahəsi işçiləri bundan sonra da daha əzmlə çalışacaq, ümumi inkişafa yeni töhfələr bəxş edəcəklər.

Ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə rabitəçilərin təbriklərini qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm.

Qoy hər gününüz uğurlu anlarla, hər ayınız xoş sədalarla, hər iliniz xoş əhval-ruhiyyə ilə başlasın. Böyük ailəniz olan Azərbaycan xalqı isə həmişə bundan qürur duysun.

Dərin hörmət və ehtiramla”



Teqlər:  



Xəbər lenti