Tailandda əsgər 20 nəfəri öldürüb - Yenilənib
***
Tailandda hərbi hissədən qaçan əsgər 17 nəfəri qətlə yetirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nakhonratçasima vilayətində baş verib.
Məlumata görə, əsgər hərbi hissədən oğurladığı silahla bir zabit və iki xidmət yoldaşını güllələyib. O, daha sonra şəhərdə insanlara atəş açmağa başlayıb. Silahlı insident nəticəsində ölənlərin sayı 17 nəfər çatıb, 10-dan çox adamın girov götürüldüyü bildirilir.
Cinayətkar hadisə anını əks etdirən videoları sosial şəbəkədə paylaşıb. Hazırda hərbi qulluqçunun zərərsizləşdiriməsi istiqamətində əməliyyat keçirilir.
Azvision.az