Nazirlik müəllimlik liseylərinin yaranmasını istəyir

Nazirlik müəllimlik liseylərinin yaranmasını istəyir
  24 Dekabr 2013    Oxunub:1364
Təhsil nazirliyi Azərbaycanda müəllim hazırlayan xüsusi liseylərin fəaliyyət göstərməsini təklif edir.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

O, qeyd edib ki, müxtəlif təmaüllü müəyyən sahələr üzrə liseylər mövcudur: “Müəllimlik peşəsi ilə bağlı ayrıca liseylərin olmasını təklif edirik. Bu liseylərin olması təhsilin inkişafında müsbət rol oynaya bilər. Yəni, bu o deməkdir ki, gələcəkdə tam orta təhsil pilləsinə yalnız müəllimlik peşəsini gələcəkdə seçəcək şəxslər gələcək”.

F.Qədirov onu da əlavə edib ki, bununla da müəllimlər seçəcəkləri ixtisasları yaxşı tədris etməklə yanaşı, orta məktəbdən başlayaraq müəllimlik keyfiyyətləri də aşılaya biləcəklər.

Mirvari Nəcəf


Teqlər:  



Xəbər lenti