Həmkarından İlham Əliyevə təbrik

Həmkarından İlham Əliyevə təbrik
  25 Dekabr 2013    Oxunub:1161
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin siyasət və dövlət xadimi təcrübənizi, həmçinin Azərbaycan Respublikasının inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi sahəsində yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin bundan sonra da qarşılıqlı maraq doğuran bütün sahələrdə yüksələn xətlə inkişaf edəcəyinə əminəm.

Yüksək səviyyəli siyasi dialoqumuzun davam etməsi, ölkələrimizin və xalqlarımızın rifahı naminə iqtisadi əməkdaşlığımızın dərinləşməsi üçün Sizinlə birgə işləməyə hazıram.

Sizə möhkəm cansağlığı, rifah və ali dövləti vəzifənizdə daha böyük uğurlar arzu edirəm. Cənab Prezident, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".


Teqlər:  



Xəbər lenti