Rusiya İdlibə görə Türkiyəni ittiham etdi

 Rusiya İdlibə görə Türkiyəni ittiham etdi
  04 Mart 2020    Oxunub:2691
"Türkiyə İdlibdə təhlükəsiz bölgənin yaradılması ilə bağlı əldə olunan razılaşmanın şərtlərinə əməl etmir".
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, Türkiyə İdlibdə hərbi qüvvələrinin sayını artırmaqla beynəlxalq hüququ pozub. Suriyadakı Xmeymim aviabazasına hücumların adi hala çevrildiyi diqqətə çatdırılıb və qeyd olunub ki, müxalif qruplarla Türkiyənin mövqeyi bir-birinə ziddir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Rusiya   Suriya  






Xəbər lenti