Çinə gələn 75 nəfərdə koronavirus aşkarlanıb
Çin hakimiyyəti son həftələrdə koronavirusun yayılmasını nəzərə alaraq, təkcə ölkədən gedən sərnişinlərə deyil, gələnlərə qarşı da nəzarəti gücləndirib.
Martın 4-nə olan məlumata görə, Çinə gələn 6728 nəfərdə koronavirus simptomları aşkarlanıb, onların arasında 779 şübhəli hal təsbit edilib və 75 yoluxma faktı öz təsdiqini tapıb.
Martın 3-də isə ölkəyə giriş edən 227 nəfərdə koronavirusun simptomları tapılıb, beş hal təsdiqlənib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin Koronavirus