Tramp maaşını koronavirusla mübarizəyə bağışladı - FOTO
Onun sözlərinə görə, Tramp keçən ilin dördüncü rübündəki bütün maaşını – 100 min dollar vəsaiti nazirliyin hesabına köçürüb.
"Donald Tramp Prezident olduğu müddətdə maaşını bağışlamaq öhdəliyi götürdü. O, sözünə əməl edərək və Amerika xalqının təhlükəsizliyi üçün 2019-cu ilin dördüncü rübündəki maaşını koronavirusla mübarizə səylərini dəstəkləmək məqsədilə Səhiyyə və Sosial Xidmətlər Departamentinə bağışladı”, - deyə mətbuat katibi əlavə edib.
Stefani Qrişam sosial şəbəkə hesabınnda ödəniş qəbzinin fotosunu paylaşıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ Tramp Koronavirus