Çində virusa yoluxanların sayı getdikcə azalır

 Çində virusa yoluxanların sayı getdikcə azalır
  12 Mart 2020    Oxunub:2430
Çində yeni növ koronavirusa yoluxanların sayı 80 min 793 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, virusa yoluxan şəxslərdən 62 min 793 nəfəri sağalıb, 3169 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə isə son sutka ərzində Çində 11 nəfər koronavirusun qurbanı olub, 15 nəfərdə yeni yoluxma halı aşkarlanıb. Əvvəlki günlərlə müqayisədə ölkə üzrə yoluxma və ölüm faktlarında azalma müşahidə edilir.

Azvision.az


Teqlər: Çin   Koronavirus  






Xəbər lenti