Kim Çen İn müharibə xəbərdarlığı etdi - VİDEO

Kim Çen İn müharibə xəbərdarlığı etdi - VİDEO
  02 Yanvar 2014    Oxunub:2141
Koreya yarımadasında adi silahlı münaqişə nüvə fəlakəti ilə bitə bilər. AzVision.az “euronews”a istinadən xəbər verir ki, bunu bir başa Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) lideri Kim Çen İn özünün yeni il müraciətində bildirib. Onun sözlərinə görə hətta kiçik bir silahlı münaqişə müharibəyə zəmin yarada bilər. Bununla bərabər Kim Çen İn Cənubi Koreya ilə əlaqələrin yaxşılaşdırılmasına da hazır olduqların bildirib.

Diktatorun müraciəti daha bir yeniliklə yadda qalıb. O ilk dəfə olaraq bibisinin əri və xarici mətbuatda “Kim Çen İnin dayısı” adlandırılan, ölkə hakimiyyətində ikinci ən qüdrətli şəxs oldayısı Çan Son Txekanın güllələnməsindən danışıb. İkinci dekabr ayında bütün vəzifələrindən azad edilərək `Dövlətə xəyanət`də ittiham olunub və ölkənin ən ağır cəzasına məhkum olub. Onu həmdə rüşvət götürməkdə ittiham edirdilər.

“Partiyamız sıralarını çirkablardan təmizləmə işləri görüb” deyərək Şimali Koreya lideri məsələyə toxunub. Diktator Çan Son Txekin güllələnməsi ölkənin birliyini və hakim Koreya Əmək Partiyasını “yüz dəfə möhkəmləndirib” deyib. Onun bildirdiyinə görə, antipartiya, antiinqilab elementlərinin vaxtında aradan götürülməsi partiya daxilində həmrəyliyi gücləndirib.

2011-ci ildə ŞKXDR-in rəhbərliyinə gələn və xarici analitiklər tərəfindən “səriştəsiz” adlandırılan Kim Çen İn hələ ki, öz mövqeyini gücləndirməkdə davam edir.




Teqlər:





Xəbər lenti