Arvadını və övladını girov götürən terrorçu öldürüldü

Arvadını və övladını girov götürən terrorçu öldürüldü
  03 Yanvar 2014    Oxunub:938
Dağıstanda öz arvadını və övladını girov götürən terrorçu öldürüldü.
Dağıstanın Xasavyurt şəhərinin ətrafında ötən gündən mühasirəyə alınmış iki silahlı öldürülüb. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında deyilir.

Məlumata görə, uzun çəkən danışıqlardan sonra mühasirəyə alınmış evdən 2 yaşlı uşağı təxliyə etmək mümkün olub. Bəzi məlumatlara görə, evdə bir qadın da olub, lakin onun barəsində hələlik heç bir məlumat verilmir. Həmçinin öldürülən ikinci silahlının cinsi açıqlanmır.

Öldürülən silahlıların şəxsiyyəti barədə hələlik məlumat yoxdur.


Teqlər:





Xəbər lenti