Ən bahalı 10 maşın | 5. Maybach 62S Landaulet – FOTOSESSİYA

Ən bahalı 10 maşın | 5. Maybach 62S Landaulet – FOTOSESSİYA
  07 Yanvar 2014    Oxunub:9433
DaimlerChrysler AG (indi Daimler AG) şirkəti “Maybach” brendini alandan sonra Maybach 57 və Maybach 62 onun istehsal etdiyi ilk avtomobillər idi. Sonra daha dəbdəbəli Maybach 62S və Maybach 62S Landaulet gəldilər.
Maşının konsepsiyası Mercedes-Benz S-Class əsasında hazırlanıb. “The Luxury Brand Status” indeksinə görə, “Maybach 62S Landaulet” cah-cəlal baxımından 2011-ci ildə Rolls-Royce və Bentley kimi brendləri qabaqlayaraq, birinci yeri tutmuşdu. Bu, ultra dəbdəbəli maşın sayılır. Avtomobil sahibinin səsini tanıyır və komandalarına əməl edir. Naviqasiya, 4 zonalı iqlim nəzarəti, massajlı oturacaqlar, 21 dinamikli musiqi mərkəzi və s. funksiyalar onun standart komplektinə daxildir.

Avtomobilin mühərriki “Mercedes”-də layihələndirilib, 5.5 litr həcmə, 543 at gücünə malikdir. 0-dan 100 km/saata qədər 5 saniyəyə çatır.

Qiyməti: € 900,000 / $ 1,350,000.


Ən bahalı 10 maşın | 1. Aston Martin One-77 – FOTOSESSİYA
Ən bahalı 10 maşın | 2. Bugatti Veyron 16.4 Super Sport – FOTOSESSİYA
Ən bahalı 10 maşın | 3. Hennessey Venom GT – FOTOSESSİYA
Ən bahalı 10 maşın | 4. Koenigsegg Agera R – FOTOSESSİYA

Qalereya




Teqlər:





Xəbər lenti