Qəbul imtahanları nə vaxt keçiriləcək? - RƏSMİ
Onun sözlərinə görə, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. "Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər, qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə".
M.Abbaszadə qeyd edib ki, qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.
DİM sədri əlavə edib ki, magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


