5 min müəllim 1000 manatdan çox maaş alır

5 min müəllim 1000 manatdan çox maaş alır
  13 İyun 2020    Oxunub:5168
Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Həmçinin diaqnostik qiymətləndirmədən keçən incəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artırılıb.

Azvision.az


Teqlər: Müəllim   Əməkhaqqı  





Xəbər lenti