Azərbaycan həqiqətləri avropalı gənclərin diqqətinə çatdırıldı
Sonra onlayn konfrans iştirakçıları çıxış edərək cinayətkarlığa qarşı mübarizədə gənclərin roluna toxunublar.
Çıxış edənlər - Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Avropa Şurasının Bakı Ofisi rəhbərinin müavini Kyrylo Boicheniuk, Avropa Şurasında Gənclərin Məşvərət Şurasının vitse-prezidenti Mihai Draqos mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Beynəlxalq onlayn konfransda çıxış edən Azərbaycan nümayəndələri Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Avropa gənclərinin diqqətinə çatdırıblar.
Bundan başqa, Avropa Şurası ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan gənclərinin dünyada sülh, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun möhkəmlənməsində beynəlxalq təşəbbüsləri barədə məlumat verilib.
Qeyd edək ki, onlayn konfransda Azərbaycanın müxtəlif şəhər və rayonlarından gənclər təşkilatlarının 300-ə yaxın nümayəndələri ilə yanaşı, Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak edərək mövzu ilə əlaqədar fikirlərini səsləndiriblər.
Azvision.az
Teqlər: Görüş Avropa Qarabağ Münaqişə