Texasda fövqəladə vəziyyət elan edilib

Texasda fövqəladə vəziyyət elan edilib
  25 Avqust 2020    Oxunub:2120
ABŞ Prezidenti Donald Tramp “Marko” və “Lauro” tropik qasırğaları səbəbindən Texas ştatında fövqəladə vəziyyət elan edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Prezident Tramp təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün federal yardımın ayrılması ilə bağlı göstəriş verib.

"Prezidentin qərarı Daxili Təhlükəsizlik Nazirliyinə və ABŞ Federal Fövqəladə İdarəetmə Agentliyinə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün bütün səyləri əlaqələndirməyə imkan verəcəkdir", - deyə Ağ Ev vurğulayıb.

Məlumata görə, federal mərkəz fəlakətlə mübarizə xərclərinin 75%-ni ödəyəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AğEv  



Xəbər lenti