Hindistanda bir gündə 848 nəfər virusdan ölüb

Hindistanda bir gündə 848 nəfər virusdan ölüb
  25 Avqust 2020    Oxunub:2267
Hindistanda son sutka ərzində 60 975 nəfər koronavirusa yoluxub, 848 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 167 323 nəfərə çatıb. İndiyədək 58 390 pasiyent pandemiyanın qurbanı olub, 2 405 585 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  



Xəbər lenti