Braziliyanın COVİD-19 statistikası

Braziliyanın COVİD-19 statistikası
  25 Avqust 2020    Oxunub:2661
Braziliyada son 24 saat ərzində 565 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 115 min 309- a yüksəlib. Yoluxma sayı 17 min 78 nəfər artaraq 3 milyon 622 min 861-ə çatıb. İndiyədək 2 milyon 778 min 709 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə olunur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   Virus  



Xəbər lenti