İki ölkədə koronavirusa təkrar yoluxma qeydə alındı

 İki ölkədə koronavirusa təkrar yoluxma qeydə alındı
  25 Avqust 2020    Oxunub:3595
Niderland və Belçikada koronavirusdan sağalmış iki xəstə yenidən COVID-19-a yoluxub.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Niderlandda zəif immunitet sistemi olan yaşlı bir xəstədə ikinci dəfə infeksiyaya yoluxma aşkarlanıb.
Virusoloq Marion Kopmans bütün infeksiyaların fərqli bir genetik koda sahib olduğunu söyləyib. Onun sözlərinə görə, təkrar infeksiyanın rəsmi təsdiqlənməsi üçün koronavirusun RNT viruslarından fərqli olduğunu sübut etmək lazımdır.

Belçikada isə üç ay əvvəl koronavirusa yoluxan bir qadında yenidən yoluxma aşkarlanıb.

Bundan əvvəl Honkonq Universitetinin tədqiqatçıları koronavirus infeksiyası ilə yenidən yoluxma halının təsdiqləndiyini bildiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belçika  



Xəbər lenti