Afrikada virusa yoluxanların sayı artır

Afrikada virusa yoluxanların sayı artır
  25 Avqust 2020    Oxunub:2670
Afrika qitəsində son 24 saatda 7 min 795 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 199 min 961 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 223 nəfər artaraq 28 min 51-ə yüksəlib. Yoluxanlardan 925 min 220 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə, ilk sıralarda Cənubi Afrika (13 159) , Misir (5 280) və Əlcəzair(1446) qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   virus  



Xəbər lenti