Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə edəcək

 Ceyhun Bayramov Lavrovla Qarabağı müzakirə edəcək
  25 Avqust 2020    Oxunub:5077
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək.

Səfər çərçivəsində XİN rəhbərləri ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, regional və beynəlxalq gündəliyin əsas aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.

C.Bayramovun Rusiya Baş nazirinin müavini, Federasiya Şurası sədrinin müavini ilə də görüşləri planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti