Biqan Lavrovla Belarusdakı vəziyyəti müzakirə edib
"Dövlət katibinin müavini Biqan Xarici İşlər naziri Lavrovla görüşüb və onlar Belarusdakı mövcud vəziyyəti müzakirə ediblər. Danışıqlar zamanı Biqan xalqa qarşı zorakılıq tətbiq edilməsini qınayıb və Belarusun suverenliyini, xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirib.
"Dövlət katibinin müavini Aleksey Navalnının vəziyyətindən də dərin narahatlığını ifadə edib", səfirliyin nümayəndəsi vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Belarus