"Həmsədrlər danışıqların formatının dəyişdirilməsinin əleyhinədir" - Lavrov
O bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri daxil olmaqla, beynəlxalq brliyin qəbul etdiyi qərarlar rəhbər tutulmalıdır. Həmin sənədlərdə müharibəni dayandırmaq və əlbətdə ki, münaqişənin sülh yolu ilə həll edilməsi əksini tapıb.
"Bunlar hazırda Rusiya, ABŞ və Fransanın həmsədr olduğu Minsk Qrupunun yaradıldığı ATƏT çərçivəsində hazırlanıb. Və ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə tərəflərlə - Ermənistan və Azərbaycanla birlikdə müxtəlif yanaşmalar olan, lakin münaqişənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Final Aktında təsbit edilmiş prinsiplər əsasında həllini nəzərdə tutan bir sıra sənədlər hazırlanıb".
Pərvanə Sultanova
Azvision.az