Braziliyada bir gündə min nəfərdən çox şəxs ölüb

Braziliyada bir gündə min nəfərdən çox şəxs ölüb
  27 Avqust 2020    Oxunub:1581
Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 47 828 nəfər artaraq 3 722 004-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 2 908 848 nəfər müalicə olunaraq sağalıb.

Son sutka ərzində yeni növ koronavirusdan 1 090 ölüm faktı qeydə alınıb. Dünyasını dəyişənlərin ümumi sayı 47 828 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur.

Azvision.az


Teqlər: Braziliya  



Xəbər lenti