Livanda mülki səfərbərlik rejimi 4 ay uzadıldı

Livanda mülki səfərbərlik rejimi 4 ay uzadıldı
  27 Avqust 2020    Oxunub:2105
Livanın Ali Müdafiə Şurası koronavirusla mübarizə üçün tətbiq edilən ümumi mülki səfərbərlik rejimini 31 dekabr tarixinə qədər uzatmaq qərarına gəlib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şuranın baş katibi, briqada generalı Mahmud əl-Əsmar mətbuat konfransında deyib.

"Prezident Mişel Aunun təklifi ilə yoluxmuş insanların sayının artması nəzərə alınmaqla ümumi mülki səfərbərlik rejiminin müddəti avqustun 31-dən dekabrın 31-dək daha dörd ay uzadıldı", general bildirib.

Onun sözlərinə görə, Prezident Aunun təklifi bütün güc strukturlarının rəhbərləri və iclasda iştirak edən kabinet üzvləri tərəfindən dəstəklənib.

Livanda fevral ayının sonundan 14 288 nəfər koronavirusa yoluxub, 3 955 xəstə sağalıb, 139 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: PrezidentMişelAun  



Xəbər lenti