Hindistanda virus qurbanlarının sayı 60 mini ötdü

Hindistanda virus qurbanlarının sayı 60 mini ötdü
  27 Avqust 2020    Oxunub:2167
Hindistanda son sutka ərzində 75 760 nəfər koronavirusa yoluxub, 1023 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 310 234 nəfərə çatıb. İndiyədək 60 472 pasiyent pandemiyanın qurbanı olub, 2 523 771 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  



Xəbər lenti