“TikTok”un rəhbəri istefa verdi

“TikTok”un rəhbəri istefa verdi
  27 Avqust 2020    Oxunub:2593
Çinin “TikTok” sosial şəbəkəsinin rəhbəri Kevin Mayer istefa verib.
Azvision.az - ın məlumatına görə, bu barədə "Financial Times" məlumat yayıb.

Qeyd edilib ki, qərar ABŞ hökuməti ilə bağlı gərginlik səbəbi ilə qəbul edilib.

Mayer cari ilin may ayından bu vəzifəyə təyin olunmuşdu. Şirkətə müvəqqəti olaraq Vanessa Pappas rəhbərlik edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “TikTok”u ölkənin milli təhlükəsizliyinə təhdid adlandırıb. Amerika lideri 15 sentyabr tarixinə qədər “ByteDance”ın ABŞ şirkətinə satılmadığı təqdirdə, "TikTok" tətbiqini ölkədə qadağan edəcəyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   TikTok  



Xəbər lenti