İranda virus daha 117 nəfərin həyatına son qoydu

   İranda virus daha 117 nəfərin həyatına son qoydu
  27 Avqust 2020    Oxunub:3758
İranda son sutka ərzində daha 117 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 21 137 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2 190 nəfər artaraq 367 796-a yüksəlib.

İranda indiyədək 316 638 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   virus  



Xəbər lenti