Lukaşenko nümayişçilərə şərt qoydu
"Buna görə də bütün əmək kollektivlərinin, tələbə kollektivlərinin nümayəndələri, gəlin danışıqlar masasına oturaq. Həm də kəndlilərin söz haqqı var, işçilər də öz sözlərini demək istəyirlər. Həmçinin bu müəssisələrin mütəxəssisləri, müəllimlər və həkimlər. Küçələrdə gəzən və dialoq istədiklərini qışqıran özbaşına gənclərlə isə dialoq olmayacaq.Onar heç bir dialoq istəmirlər. Hökumət nümayəndələrindən heç kim küçədən gələnlərlə danışıq masasına oturmayacaq".
Lukaşenko qeyd edib ki, dialqoun kiminlə aparıla biləcəyi ilə bağlı bu onun aydın fikri və bəyanatıdır.
"Müxalifət nümayəndələri arasında ölkəsini azad və müstəqil görən ağıllı insanlar varsa, buyursunlar, öz mövqelərini bildirsinlər, amma küçədə deyil. Belarusda küçələrin təzyiqi altında heç bir dialoq olmayacaq".
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


