Rusiyada ikinci peyvənd sentyabrda hazır olacaq

 Rusiyada ikinci peyvənd sentyabrda hazır olacaq
  27 Avqust 2020    Oxunub:4067
"Rusiyanın koronavirus əleyhinə ikinci peyvəndi sentyabr ayında hazırlanacaq".
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Sentyabr ayında daha bir peyvənd olmalıdır. İndi haqqında danışdığımız bu dərman Qamaley İnstitutu tərəfindən təklif, tədqiq edilib və qeydiyyata alınıb. İkinci dərman dediyim kimi, sentyabr ayında hazır olacaq. Tanınmış bir institut onun üzərində işləyir. Əminəm ki, mütəxəssislər insanlara çox kömək edəcək gözəl bir dərman hazırlayacaqlar",-deyə prezident Rusiya 1 kanalına verdiyi müsahibədə bildirib.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Putin   Peyvənd  



Xəbər lenti