Tramp özünü Linkolnla müqayisə edib

Tramp özünü  Linkolnla müqayisə edib
  28 Avqust 2020    Oxunub:2410
ABŞ Prezidenti Donald Tramp özünü quldarlığı ləğv etmiş Prezident Avram Linkolnla müqayisə edib.
Azvision.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Tramp Respublika Partiyasının qurultayında çıxışı zamanı bildirib.

O, Avram Linkolndan bəri afroamerikalılar üçün hər hansı bir prezidentdən daha çox iş gördüyünü bildirib.

"Mən afroamerika icması üçün Co Baydendən daha çox iş görmüşəm. Yenidən seçildiyim təqdirdə, daha da yaxşı olacaq", - Tramp deyib.

Xatırladaq ki, 1861-1865-ci illərdə ABŞ Prezidenti olan Linkoln ölkədə köləliyi ləğv edib, vətəndaş müharibəsinin qarşısı alınıb. O, respublikaçıların ilk prezidenti olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞPrezidenti  



Xəbər lenti