İki nəfəri öldürən qardaşların məhkəməsi başlayır
Cinayət işinin xüsusi mürəkkəbliyi nəzərə alınaraq, istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla Zərnişan Hacıyevanın əri Anar Hacıyevin qardaşı Sakit Hacıyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı ilə həmkəndlisi və qonşusu Natiq Talıbovu qısqanclıq zəminində onlardan qisas almaq məqsədilə hər iki şəxsə çoxsaylı bıçaq zərbələri vuraraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Anar və Sakit Hacıyevlər Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
31.08.2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az
Teqlər: Prokurorluq Məhkəmə