Baş Nazirin “Twitter” hesabı sındırıldı

Baş Nazirin “Twitter” hesabı sındırıldı
  03 Sentyabr 2020    Oxunub:1675
“Twitter” Hindistanın Baş Naziri Narendra Modinin hesablarından birinin sındırıldığını, şirkətin sındırılan hesabı qorumaq üçün tədbirlər gördüyünü və vəziyyəti aktiv şəkildə araşdırdığını bəyan edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hakerlər narendramodi_in hesabına giriş əldə ediblər və bütün abunəçilərinə Baş Nazirin qurduğu Milli Yardım Fonduna kriptovalyuta ilə ianə istəyi göndərilib.

“Bu fəaliyyətdən xəbərdarıq və hesabı qorumaq üçün addımlar atdıq. Vəziyyəti fəal şəkildə araşdırırıq. Hansı əlavə hesablara toxunulduğunu hələ bilmirik",- deyə "Twitter" sözçüsü açıqlama verib.

2,5 milyondan çox izləyicisi olan narendramodi_in Hindistanın hökumət rəhbərinin şəxsi saytının rəsmi "Twitter" hesabıdır və Baş Nazirin çıxışları orada yerləşdirilir. Bu hesabda sonuncu dəfə 31 avqustda paylaşım edilib.

Hadisə Modinin 61 milyondan çox izləyicisi olan şəxsi "Twitter" hesabına təsir etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti