Berluskoni xəstəxanaya yerləşdirildi

Berluskoni xəstəxanaya yerləşdirildi
  04 Sentyabr 2020    Oxunub:2473
Koronavirusa yoluxmuş İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoni müayinə üçün Milanda xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə İtaliyanın “Rainews24” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, “İrəli İtaliya” partiyasının lideri bir sıra simptomlar özünü göstərdikdən sonra ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirilib, onun sağlamlıq vəziyyəti narahatlıq yaratmır.

Cümə axşamı Berluskoni partiyasının seçki tədbirinə telefonla qoşularaq artıq temperaturunun olmadığını və ağrı hiss etmədiyini deyib.

Berluskoninin koronavirusa yoluxduğunu bu həftə onun şəxsi həkimi professor Alberto Dzanqrillo elan edib. O, siyasətçinin xəstəliyin asemptomatik formasından əziyyət çəkdiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berluskoni  





Xəbər lenti