Polşa “Şimal axını-2” layihəsinin qarşısını alır
“Enerji təhlükəsizliyindən danışarkən nəzərə alınacaq müxtəlif seçimlər var. Polşa bəri başdan bu sahədə Avropa həmrəyliyinin birmənalı olmasının lazımlığını vurğulayıb. Buna görə də Almaniya tərəfdən bu cür ehtiyaclar elan edilərsə, Polşa özünün qurduğu infrastrukturu enerji təhlükəsizliyi üçün istifadə etməyə açıqdır”, -deyə o bildirib.
Qeyd edək ki, “Baltic Pipe” layihəsi Norveç və Danimarka qaz nəqli şəbəkələrinin birləşdirilməsi, Danimarka şəbəkəsinin genişləndirilməsi, Danimarkadan Polşaya Baltik dənizinin dibindən qaz kəmərinin inşası kimi mərhələlərdən ibarətdir. Gələcək qaz kəmərinin illik ötürmə gücü 10 milyard kubmetrdir.
Azvision.az