Ukraynada zəncirvari qəza: 5 ölü, 20 yaralı
"Yol qəzası səhər saat 4 radələrində magistral yolun 47-ci kilometrliyində iki yük maşını, mikroavtobus və bir minik avtomobilin iştirakı ilə baş verib. Qəzada beş nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib" - Kiyev vilayətinin Patrul Polisinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.
Polisin təyin etdiyi kimi, yük maşınlarından birinin sürücüsü Kiyev istiqamətində hərəkət edərkən öncə avtomobilə çırpılıb və sonra qarşı zolağa çıxaraq iki nəqliyyat vasitəsi ilə - mikroavtobus və daha bir maşınla toqquşub.
Azvision.az
Teqlər: Ukrayna