Hindistanda gündəlik yoluxma sayı 96 mini ötüb
Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 214 677 nəfərə çatıb. Son bir gündə 1174 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 84 372-yə yüksəlib. İndiyə qədər 4 112 551 xəstə sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Hindistan Koronavirus