Belarus XİN atəşi dayandırmağı xahiş etdi
“Nəinki çağırış edirik, həm də bizim üçün vacib olan hər iki tərəfdaşdan - Azərbaycan və Ermənistandan hərbi əməliyyatları dayandırmağa, silah istifadəsindən imtina etməyə və münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli yollarını tapmağı səmimi qəlbdən xahiş edirik. Tərəflərə bu və onlar üçün məqbul olan digər formatlarda dialoqun təşviqində hər hansı bir kömək göstərməyə hazır olduğumuzu bildiririk. Bu gün əsas olan qan tökülməsini ən qısa müddətdə dayandırmaq və yeni qurbanların qarşısını almaqdır. İnsan həyatı əvəzolunmazdır, bu səbəbdən bölgədə sülh və əmin-amanlığın qorunması üçün hər cür səy göstərməyiniz son dərəcə vacibdir”, - deyə Belarus XİN bəyan edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BelarusXariciİşlərNazirliyi